ABŞ-ın yeni sanksiyaları heç bir təsir göstərməyəcək

ABŞ-ın yeni sanksiyaları heç bir təsir göstərməyəcək
13:29

News365.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ tərəfindən tətbiq olunan yeni sanksiyalara münasibət bildirib.

Zaxarova qeyd edib ki, bu sanksiyalar, xüsusilə Rusiyanın Ukraynada münaqişənin sülh yolu ilə həllinə yetərincə sadiq olmaması bəhanəsi ilə tətbiq edilib və Moskva tərəfindən “əks-məhsuldar” hesab olunur.

“ABŞ-ın bu addımı, xüsusən də Ukrayna ilə danışıqların sülh yolu ilə irəliləməsinə maneə yaradır”, – deyə o əlavə edib.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada