Müğənni Rühəngiz Allahverdiyeva açıqlamasında Nisə Qasımova ilə bağlı fikirlərini bölüşüb.
O bildirib ki, insan üman yerindən küsə bilər:
“Tək ansambıllı gəldim, mahnını oxudum, getdim. Toy deyildi ki… Bu sənin rəhbərin olub. Nisə xanım Ceyran müəllimənin ayağını qucaqlayıb, Ceyran müəllim də onun üçün katlet hazırlayıb. Hətta Ceyran müəllimənin evdə qulluqçusu da olub, amma o, elə belə adamın qızı olmayıb. Çox kübar xanımdır, hər şeyi özünə yaxın qoymur. Onun üçün çəkdiyi əziyyəti insan xəstə olsa da, zamanı olmasa da bir saat ayırıb qiymətləndirməlidir”, – deyə Allahverdiyeva vurğulayıb.