Sudanda Nyala hava limanı yaxınlığında yeni hərbi obyekt aşkarlanıb
News365.az xəbər verir ki, Sudanın Nyala hava limanının uçuş zolağı yaxınlığında yeni tikilmiş bir obyektin yeraltı pilotsuz uçuş aparatlarının idarəetmə mərkəzi və ya hava hücumundan müdafiə sığınacağı kimi istifadə oluna biləcəyi ehtimal edilir.
Bildirilib ki, ilk məlumatı AfriMEOSINT mənbəsi yayıb. Strukturun dəqiq təyinatı açıqlanmasa da, onun hərbi məqsədlərlə inşa olunduğu güman edilir.
Hazırda Sudan ordusu və RSF qüvvələri arasında davam edən döyüşlər fonunda bu cür hərbi tikililərin sayının artdığı bildirilir.