Paşinyanla kilsə arasında gərginlik yenidən alovlanır

Paşinyanla kilsə arasında gərginlik yenidən alovlanır
11:37

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsindəki dini qurumlarla bağlı sərt bəyanatla çıxış edib.

News365.az xəbər verir ki, o, hazırkı patriarxlardan kilsəni “təmizləməyə” təkbaşına da hazır olduğunu bildirib və “həyatını belə bu işə həsr etməyə” qərarlı olduğunu vurğulayıb.

Paşinyanın sözlərinə görə, Erməni Apostol Kilsəsi uzun illər siyasi təsir mərkəzinə çevrilib və dövlətin inkişafına mane olan amillərdən biridir.

Son günlər baş nazirin kilsə ilə bağlı çıxışları ölkə daxilində yeni gərginlik dalğası yaradıb. O, bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılmış keşiş Aram Asatryanı açıq şəkildə müdafiə etmiş, ardınca isə bütün ermənilərin katolikosunun qardaşını “KQB agenti” adlandırmışdı.

Ekspertlərin fikrincə, bu bəyanatlar Paşinyanla dini rəhbərlik arasında dərinləşən qarşıdurmanı daha da gücləndirəcək.

Qeyd: Erməni Apostol Kilsəsi uzun illər boyu Azərbaycan xalqına qarşı aparılan separatçılıq və işğalçılıq siyasətinin ideoloji mərkəzlərindən biri kimi çıxış edib.


Sizin reklam burada
Sizin reklam burada