Donald Tramp Qəzza zolağına səfər edəcəyini açıqladı

Donald Tramp Qəzza zolağına səfər edəcəyini açıqladı
16:32

ABŞ Prezidenti Donald Tramp yaxın gələcəkdə Qəzza zolağına səfər edəcəyini açıqlayıb.

News365.az-ın məlumatına görə, Tramp bu barədə “Time” jurnalına verdiyi müsahibədə danışıb.

Jurnalistin mövzu ilə bağlı sualına cavab verərkən ABŞ lideri qısa və konkret şəkildə “Bəli, gedəcəyəm” deyib.

Səfərin dəqiq tarixi və proqramı hələlik açıqlanmayıb. Trampın bu addımı bölgədəki siyasi vəziyyət və humanitar vəziyyətlə bağlı maraq doğurur.

News365.az


Sizin reklam burada
Sizin reklam burada