“Qazaxıstan
son illərdə ətrafında mövcud olan bütün uğurlu idarəçilik və inkişaf modellərindən
çevik şəkildə yararlanmağı bacaran bir ölkədir. Bu açıq və praqmatik yanaşma nəticəsində
ölkənin iqtisadi inkişaf tempi son 5 ildə heyratamiz dərəcədə yüksəlib. Bu məqsədyönlü
iqtisadi yanaşmanın və sahibkarlığa verilən strateji önəmin nəticəsidir”.
News365.az xəbər verir ki, bu
fikirləri iqtisadçı Eldəniz Əmirov səsləndirib. O hesab edir ki, məhz bu səbəbdən
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən yaradılmış KOB evi modeli
də Qazaxıstanın diqqətini cəlb edib:
“Dünən Kiçik
və Orta Biznesin İnkişafı Agentliyi ilə Qazaxıstan Xarici Ticarət Palatası
arasında imzalanmış Anlaşma Memorandumu bu modelin Qazaxıstanda tətbiqi üçün
strateji addımdır.
Qazaxıstanın
bu günkü inkişaf dinamikası, dövlət institutlarının idarəçilik mədəniyyəti və
sahibkarlığa verdiyi prioritetlər göstərir ki, yaxın illərdə dövlət xidmətlərinin
əhəmiyyətli bir hissəsi KOB evlərinə inteqrasiya olunacaq. Böyük ehtimalla,
xidmətlərini KOB evlərinə daşımayan dövlət qurumu demək olar ki, qalmayacaq.
Bu
yanaşmanın mahiyyəti sadəcə sahibkar üçün inzibati rahatlıq yaratmaq deyil. Bu,
KOB sektorunun sistemli inkişafını təmin edən mexanizmdir. Dövlət xidmətlərinin
vahid məkanda toplanması çevik biznes mühiti yaradır, vaxt və vəsait itkilərini
azaldır, yeni təşəbbüslərin yaranmasını stimullaşdırır və nəticə etibarilə ölkənin
iqtisadi inkişafına real töhfə verir”.
News365.az