"Paşinyan hələ heç bir iş görməyib"- Elçin Alıoğlu

"Paşinyan hələ heç bir iş görməyib"- Elçin Alıoğlu
15:52
“Ermənistan 5 ildir bu layihədə gecikir”

Politoloq Elçin Alıoğlu News365.az-a açıqlamasında Ermənistanın tranzit və yol infrastrukturunda ciddi gecikmələrə yol verdiyini bildirib.

O qeyd edib ki, planların arxasında konkret istəklər deyil, real işlər dayanmalıdır:

“Biz faktiki olaraq bu işdə 5 il gecikmişik. Bu tranzit yük 2020-ci ildə açılmalı idi. Amma Paşinyan bunu etmədi və indi biz düşünməliyik”.

Ekspertin sözlərinə görə, digər mühüm məsələ Görus–Sisyan yoludur:

“Yolun təmiri artıq 3 ildir davam edir. Ermənistan dövlət büdcəsindən 128,5 milyon dram ayrılıb, amma bu vəsaitin təxminən 6 milyonu işə sərf olunub, qalanı mənimsənilib. Sisyan yaxınlığında və Zəngəzur istiqamətində hələ də təmir işləri bitməyib”.

Alıoğlu bildirib ki, bu istiqamətdəki yolun relyefi mürəkkəbdir:

“Orada dağlıq ərazidə yerləşən serpantin yol var. Təxminən 62 sağa, 43 sola döngə mövcuddur. Bu bucaqlar yük maşınları üçün çox təhlükəlidir. Demək olar ki, sürücülər oradan keçəndə ‘Kəlmeyi-şəhadətini’ oxuyurlar”.

Politoloq hesab edir ki, Ermənistan rəhbərliyinin məsuliyyətsizliyi bu layihələrin icrasını illərlə ləngidib və regionun tranzit potensialının inkişafına ciddi zərbə vurub.

Sizin reklam burada
Sizin reklam burada