Elektrikli avtomobillərə güzəştlərlə bağlı ŞAD XƏBƏR

Elektrikli avtomobillərə güzəştlərlə bağlı ŞAD XƏBƏR
15:44

Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı 1 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq.

News365.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, 2026 yanvarın 1-dən 1 il müddətinə yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı ƏDV-dən azad edilir.

Qeyd edək ki, elektrik mühərriki ilə işləyən avtomobillərin satışı 2022-ci il yanvarın 1-dən etibarən üç il müddətinə ƏDV-dən azad edilmişdi. Həmin müddət 2025-ci il dekabrın 31-də başa çatacaq.

Gələn ilin dövlət büdcəsinin qanun layihəsinə əsasən güzəşt müddətinin daha bir il uzadılması nəzərdə tutulur.


Sizin reklam burada
Sizin reklam burada