"Azərbaycan nümayəndələrinin səfəri sülhə töhfə verdi"- Politoloqdan AÇIQLAMA

"Azərbaycan nümayəndələrinin səfəri sülhə töhfə verdi"- Politoloqdan AÇIQLAMA
14:51

"Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin səfəri mühüm siyasi və ictimai məna daşıyır. Bu hadisə, bir tərəfdən, dövlətlər arasında sülh prosesinin yalnız diplomatik müstəvidə deyil, həm də ictimai-siyasi səviyyədə formalaşmağa başladığını, yəni sülh gündəminin ictimai müzakirə səviyyəsinə çıxarıldığını göstərir."

Politoloq Ülviyyə Zülfüqar bu sözləri News365.az-a açıqlamasında deyib. 

Eyni zamanda, rəsmi danışıqlarla paralel şəkildə ictimai diplomatiyanın da fəallaşması sülh gündəminin dərinləşməsi və toplumların prosesə cəlb olunması baxımından əhəmiyyətlidir.

Digər tərəfdən, bu səfər xalqlar arasında etimad mühitinin güclənməsi istiqamətində simvolik addım kimi dəyərləndirilə bilər. Məhz vətəndaş cəmiyyəti nümayəndələri, ekspertlər və mədəniyyət xadimlərinin bu cür görüşləri sülhün sosial əsaslarını möhkəmləndirir və gələcəkdə mümkün birgə yaşayış üçün ictimai zəmin yaradır.

Təbii ki, belə təşəbbüslər ictimai rəylərin yaxınlaşmasına, qarşılıqlı inamın formalaşmasına və stereotiplərin qırılmasına xidmət edir.

Bu baxımdan, səfəri yalnız simvolik jest kimi deyil, həm də regionda sabitliyin və qarşılıqlı anlaşmanın təməlini qoymağa yönəlmiş praktik addım kimi dəyərləndirmək olar.

Eyni zamanda, bu cür qarşılıqlı səfərlər sülhün davamlılığını təmin etmək üçün dövlətlərarası siyasi iradənin cəmiyyətlərdə sosial dəstək qazanmasına yardım edir.


Sizin reklam burada
Sizin reklam burada