“NATO Rusiya ilə üz-üzə gəlməyə hələ hazır deyil”- Politoloqdan şərh

“NATO Rusiya ilə üz-üzə gəlməyə hələ hazır deyil”- Politoloqdan şərh
16:11
“NATO Rusiya ilə üz-üzə gəlməyə hələ hazır deyil”.

Politoloq Anar Əliyev News365.az-a açıqlamasında NATO və ABŞ-ın hərbi məsələlərdə yanaşmalarını şərh edib.

O bildirib ki, Hager konfransında ABŞ-ın NATO üzv dövlətlərinə təzyiqi açıq şəkildə hiss olunub:

“Trump həmin dövrdə NATO və üzv dövlətləri şantaj etmiş, tədbiri tərk etmək niyyətində olduğunu bildirmişdi. O vaxt üzv dövlətlər müdafiə xərclərinin artırılmasını qəbul etmək istəmirdilər. Bu gün isə Mark Rutte bunu böyük nəticə kimi təqdim etməyə çalışır. Bu, göstərir ki, ABŞ-ın NATO üzərində kifayət qədər ciddi təsiri var və Avropa artıq bunu qəbul edir.”

Politoloq həmçinin qeyd edib ki, Rusiya təyyarələrinin Polşa, Bolqazistan və digər Avropa ölkələrinin hava məkanına müdaxiləsi ciddi narahatlıq doğurur:

“Bu günə qədər NATO-nun ciddi addımlar atdığını görmürük. Yalnız bir neçə F-16 təyyarəsinin Polşa ərazisinə göndərilməsi barədə məlumatlar var. Amma bu, Rusiyanın təyyarələrinin təhlükəsini aradan qaldırmağa yetərli deyil.”

Anar Əliyev vurğulayıb ki, bu vəziyyət NATO və Rusiya arasında potensial gərginliyin davam edə biləcəyini göstərir:

“NATO hələ Rusiya ilə üz-üzə gəlməyə, müharibə risklərini idarə etməyə hazır deyil və bu, Moskva tərəfindən yaxşı başa düşülür.”

Sizin reklam burada
Sizin reklam burada