Qazaxıstanda PUA partladı – FOTOLAR

Qazaxıstanda PUA partladı – FOTOLAR
15:57

Qazaxıstanda Ukraynaya məxsus olduğu güman edilən PUA-nın qalıqları tapılıb.


News365.az xəbər verir ki, üzərində Ukrayna dilində yazılar olan dron Aksai şəhəri yaxınlığında partlayıb.

Oktyabrın 23-də səhər saatlarında Qızıltal kəndinin sakinləri partlayış səsi eşitdiklərini bildiriblər.

“Reuters” yazıb ki, ölkənin qərbində, Rusiya ilə sərhədə yaxın ərazidə “mənşəyi naməlum” pilotsuz təyyarənin partladılmasından sonra Qazaxıstan öz hava məkanına nəzarəti gücləndirir.

Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, hadisə Rusiyanın Orenburq vilayətindən təxminən 180 kilometr qərbdə - Ukrayna pilotsuz təyyarələrinin daha əvvəl qaz emalı zavoduna hücum etdiyi həmin bölgədə baş verib.

Nazirlik cihazın mənşəyini açıqlamayıb, yalnız bu cihaz haqqında məlumatı ola biləcək xarici tərəfdaşlarla məsləhətləşmələrin aparıldığını qeyd edib.






Sizin reklam burada
Sizin reklam burada