İran prezidenti Məsud Pezeşkian bu gün səhər saatlarında doğulduğu Qərbi Azərbaycan vilayətinə səfər edib.
News365.az İran KİV-nə istinadən xəbər verir ki, Pezeşkian əyalətə səfəri çərçivəsində bir neçə layihənin açılış mərasimində iştirak edəcək.
O, Urmiyada keçirilən görüşdə “Yol xəritəsi olmadan inkişaf mümkün deyil” deyib.
Qərbi Azərbaycanın strateji dəyərinə diqqət çəkən Pezeşkian, "Biz bu əyalətdə elita və ekspertləri bir araya toplamalı, onların imkanlarını dəyərləndirməli və strateji plan hazırlamalıyıq" söyləyib.
“Urmiya gölünü canlandırmaq üçün bir planımız olmalıdır”, - Prezient əlavə edib.
Yağıntıların 40 faiz azaldığını və Urmiya gölünə axan çaylarda su axınının kəsildiyini vurğulayan Pezeşkian deyib: "Bölgəmiz quraqlığa doğru gedir. Mövcud su ehtiyatlarından istifadə edərək bu gölü canlandırmaq üçün bir plan hazırlamalıyıq".