Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində yerləşən müəssisədə baş verən partlayışda həlak olanların sayı 12-yə çatıb.
News365.az yerli mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər xəsarət alıb.
***
Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində müəssisələrdən birində partlayış baş verib, ölənlər var.
News365.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksey Teksler Teleqram kanalında məlumat verib.
"Kopeysk şəhərində müəssisədə partlayış baş verib. Təəssüf ki, ölənlər var. Hadisə yerinə bütün təcili yardım xidmətləri gəlib, qərargah yaradılıb", - deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Stavropoldə hərbi obyektin yaxınlığında partlayış baş vermişdi.