Ramiz Mehdiyev dövlət çevrilişi üçün uzun illər təkcə kapital
toplamayıb, həm də özü üçün media imperiyası yaradıb. Baxmayaraq ki, o hazırda
ev dustaqlığındadır. Amma onun adamları iş başındadır.
Ona görə də Ramiz Mehdiyevin vəzifə başında olan daha bir
kadrı- AzTV-nin hazırkı sədri Rövşən Məmmədov barədə danışacağıq. Bu o Rövşən Məmmədovdur
ki, uzun illər LiderTV-də idman şərhçisi olub. Lakin Arif Alışanov AzTV-yə sədrlik,
İTV-yə isə himayədarlıq edəndə Rövşən Məmmədov ona “xod” tapıb. Və nəticədə o əvvəlcə
İTV-yə, az sonra isə AzTV-yə rəhbər vəzifəyə gətirilib.
Məlumdur ki, Arif Alışanov daha çox maliyyə maxinatoru kimi
tanınıb. Və o hər zaman qorxub ki, sonu barmaqlıqlar arxası olacaq. Bu
qorxusundan xilas olmaq üçün kimsəsiz Rövşəni özünə varis elan edib.
Bunun üçün hətta Əli Həsənov və Ramiz Mehdiyevə ağız açıb. Beləliklə
də Rövşən Məmmədov Ramiz Mehdiyevin kadrı kimi irəli çəkilib.
Qeyd edək ki, bu barədə bu günlərdə Müasir Musavat
Partiyasının sədri Hafiz Hacıyev də geniş açıqlama vermişdi. O əminliklə bildirmişdi
ki, Rövşən Məmmədov Ramiz Mehdiyevin ən sadiq kadrlarındandır.
Nəzərə alaq ki, Əli Həsənovla Arif Alışanovun dərin biznes əlaqələri
vardı. Təbii ki, “ağsaqqal” da hər zaman anılırdı. Hətta Prezident
Adminstrasiyasında Arif Alışanovu Ramiz Mehdiyevin “bazarkomu” kimi
tanıyırdılar. Onlar arasında o qədər isti münasibət vardı ki, Alışanovun
övladının toyunda ağsaqqal kimi xeyir-duanı Arifin atası Nizami kişi yox, Ramiz
Mehdiyev vermişdi.
Bu isti münasibət hesabına Arif Alışanov xətasız -bəlasız 14
illi AzTV hökmranlığına son verib rahatca biznesini idarə etməyə getdi. Ramiz
Mehdiyevin dəstəyi ilə onun yerinə kimsəsiz Rövşən Məmmov gətirildi. Özü də
böyük təmtəraqla. Görənlər deyir ki, Rövşən Məmmədovu kollektivə təqdimata Əli
Həsənov şəxsən özü, xidməti avtomobilində gətirib.
O gündən bu günə kimi də Rövşən Məmmədov həm Arif Alışanova,
həm də Mehdiyev-Həsənov cütlüyünə öz sədaqətini göstərməkdə davam edir.
News365.az