Güclü külək paytaxt ərazisində fəsadlara yol açıb.
News365.az APA-ya istinadən xəbər verir ki, güclü külək səbəbilə Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova 207 ünvanında ağacın aşması nəticəsində İsgəndər İsmayılova məxsus yaşayış evinin ön hissəsi eləcə də kommunal xidmətləri tamamilə yararsız hala düşüb.
Əraziyə FHN-in xüsusi xilasediciləri cəlb olunub. Evidəki şəxslər təxliyə edilib.