“Sabah”dan ayrılan 21 yaşlı hücumçunun yeni klubu...

“Sabah”dan ayrılan 21 yaşlı hücumçunun yeni klubu...
18:20

“Sabah”dan ayrılan nigeriyalı futbolçu Oluvasen Timilehin karyerasını Kosovanın “Ferizaj” klubunda davam etdirəcək.


News365.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.


21 yaşlı hücumçu yeni komandası ilə 3 illik müqaviləyə imza atıb.


Xatırladaq ki, Timilehin son illərdə “Sabah-2”nin heyətində çıxış edib. O, “Sabah”ın əsas komandasında cəmi 2 matçda meydana çıxıb. 2025-ci ildə isə hücumçu “İmişli”yə icarəyə göndərilib


Sizin reklam burada
Sizin reklam burada