125 min il əvvəl insanlar zəhərli silahlardan istifadə edib.
News365.az xəbər verir ki, Səudiyyə Ərəbistanında aparılan arxeoloji araşdırmalar zamanı təxminən 125 min il əvvələ aid zəhərli ov silahlarının izləri aşkarlanıb.
Alimlər daş nizə və ox ucluqlarında zəhərli bitkilərlə əlaqəli kimyəvi qalıqlar müəyyən ediblər. Bu tapıntı qədim insanların ov zamanı mürəkkəb üsullardan istifadə etdiyini göstərir.