İmtahan ləğv edildi - Ödəniş geri qaytarılacaq

İmtahan ləğv edildi - Ödəniş geri qaytarılacaq
17:30

Dövlət İmtahan Mərkəzi 4 və 13 dekabr tarixlərində keçiriləcək dövlət qulluğu imtahanları ilə bağlı namizədlərə müraciət edib.

News365.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, DİM-in açıqladığı imtahan qrafikinə əsasən, dekabrın 4-də BB vəzifə altqrupu və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə, dekabrın 13-də isə A və B vəzifə növləri üzrə dövlət qulluğuna qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulub.

Lakin 16 noyabr 2026-cı il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsində dövlət qulluqçusunun fəaliyyətini davam etdirməsi üçün müvafiq sertifikat əldə etməsi ilə bağlı müddəa nəzərdə tutulmayıb.

Bununla əlaqədar olaraq, dekabrın 4-də keçirilməsi planlaşdırılan dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı ləğv edilib. İmtahanda iştirak etmək üçün ödəniş edən namizədlərin vəsaiti şəxsi kabinet hesablarına qaytarılacaq.

DİM-dən qeyd olunub ki, dekabrın 4-də BB vəzifə altqrupu, dekabrın 13-də isə A və B vəzifə növləri üzrə dövlət qulluğuna qəbul imtahanlarında namizədlərə Dövlət Qulluğu Məcəlləsinin qüvvəyə minməsindən əvvəl müəyyən edilmiş proqram əsasında suallar təqdim ediləcək. Suallar qanunvericilik, informatika, Azərbaycan dili və məntiqi təfəkkür sahələrini əhatə edəcək.

Qanunvericilik proqramı üzrə test tapşırıqları Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin qüvvədən düşmüş “Dövlət qulluğu haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunlarla eyniyyət təşkil edən normalarına aid olacaq.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə Dövlət Qulluğu Məcəlləsinin 22.3-cü maddəsinə əsasən, iki il müddətində qüvvədə olan “Dövlət qulluğu sertifikatı” veriləcək.

Başlığı daha xəbər-yönümlü etMətni daha yığcam və axıcı yaz

Sizin reklam burada
Sizin reklam burada