Bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunacaq

Bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunacaq
18:00

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

News365.az xəbər verir ki, Bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.Dəyişikliyə əsasən, bundan sonra mopedlər dövlət qeydiyyatına alınaraq uçota götürüləcək. Onları idarə etmək üçün isə A1 kateqoriyalı sürücülük vəsiqəsi tələb olunacaq.

Moped dedikdə, iki təkərli elektrik nəqliyyat vasitələri istisna olmaqla, elektrik mühərrikli və ya mühərrikinin işçi həcmi 50 kubsantimetrdən çox olmayan, maksimal konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üçtəkərli nəqliyyat vasitələri nəzərdə tutulur.

Həmçinin asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətlərə malik digər nəqliyyat vasitələri də qanunda nəzərdə tutulan istisnalar nəzərə alınmaqla mopedlərə bərabər tutulacaq.

Qanuna əsasən, Azərbaycan ərazisində istifadə olunan bütün mexaniki nəqliyyat vasitələri, onların qoşquları və mopedlər dövlət qeydiyyatına alınaraq uçota götürüləcək.

Qeyd edək ki, dəyişiklik rəsmi dərc edildiyi gündən üç ay sonra qüvvəyə minəcək.


Sizin reklam burada
Sizin reklam burada