Sabah Qəbələnin bəzi ərazilərində qazın verilişində fasilə olacaq.
News365.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilir ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:30-dan işlər yekunlaşanadək Qəbələ rayonu Yeni qəsəbə, Şəhriyar, F.Rəhimov, A.Səhhət, Z.Əliyeva, Nəsimi, Natəvan, A.Bakıxanov, S.Vurğun, V.Qəhrəmanov, Musabəyova, Nizami, Haqverdiyev, P.Həşimov, İ.B.Qutqaşınlı, H.Əliyev pr, Q.Həmidov, İ.Qayıbov, Şirvani, M.F.Axundov və M.Ə.Sabir küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.