News365.az xəbər verir ki, millət vəkili Səyyad Salahlı qazilərə verilən müavinətin məbləğindən narazılığını ifadə edərək, onun artırılmasının vacibliyinə diqqət çəkib.
O bildirib ki, bir sıra məsələlərdə cəmiyyətdə narazılıq yaranmasına səbəb olan addımlar atılır. Xüsusilə Vətən uğrunda sağlamlığını itirmiş qazilərə cəmi 80 manat müavinət ödənilməsini qəbuledilməz hesab edib.
Millət vəkili çıxışında bu məsələnin qazilərin haqlı narazılığına səbəb olduğunu vurğulayıb:
“Bir sıra məsələlər var ki, elə bil qəsdən edirlər ki, camaat narazı qalsın. Bax, bu 80 manat məsələsi ayıbdan ayıb bir rəqəmdir. Bizim qəhrəman oğlanlarımıza, qazilərimizə bu nə müavinətdir verilir? Hamı bundan narazılıq edir. Qazilər üstümüzə gəlir”.