News365.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Bakıya səfərini şərh edərkən deyib.
O qeyd edib ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə mühüm ikitərəfli görüşlər keçirib:
“Müzakirələrdə ticarət dövriyyəsinin artırılması, investisiyaların cəlb edilməsi və enerji sektorunda əməkdaşlığın dərinləşdirilməsi əsas diqqət mərkəzində olub”.