Qeyd olunub ki, biletin dəyərinin qaytarılan hissəsi aşağıdakı qaydada həyata keçiriləcək:
- Gecikmə 1 saatdan 2 saatadək olduqda biletin dəyərinin 25%-i;
- Gecikmə 2 saatdan 4 saatadək olduqda biletin dəyərinin 50%-i;
- Gecikmə 4 saatdan çox olduqda biletin dəyərinin 100%-i.
"Qatarın gecikməsinə hər hansı təbiət hadisəsi, o cümlədən güclü külək, sıx duman, leysan, subasma və digər təbiət hadisələri, qatarın qarşısına qəfil insan və ya digər maneələrin çıxması, kənar müdaxilələr, habelə ADY-nin məsuliyyətinə aid olmayan digər fövqəladə və qarşısıalınmaz hallar səbəb olduqda biletin dəyərinin geri qaytarılması nəzərdə tutulmur", - deyə açıqlamada vurğulanıb.
Qurumdan bildirilib ki, kompensasiya Abşeron dairəvi dəmiryol xətti ilə hərəkət edən qatarlara şamil edilmir.