Rusiya millimizə 13 qol vurdu, AFFA nəticəni gizlətdi

Rusiya millimizə 13 qol vurdu, AFFA nəticəni gizlətdi
20:40

Azərbaycanın qızlardan ibarət U-15 yığması Qazaxıstanda keçirilən İnkişaf Turnirində Rusiyanın U-15 yığması ilə qarşılaşıb.

News365.az xəbər verir ki, oyun Rusiyanın 13:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ruslar ikinci hissədə 11 dəfə fərqləniblər. Qollardan 7-sini “Spartak”ın futbolçusu Nikola Mikaelyan vurub.

Maraqlıdır ki, avqustun 14-də keçirilən bu oyunun nəticəsi ilə bağlı AFFA heç bir məlumat verməyib.


Sizin reklam burada
Sizin reklam burada