Klubların UEFA reytinqi açıqlanıb.
Çempionlar Liqası və Avropa Liqasında VII turun bu həftə keçirilən oyunları bəzi dəyişikliklərə səbəb olub.
Azərbaycan çempionu “Qarabağ”ın da mövqeyi dəyişib. Evdə FCSB-ya 2:3 hesabı ilə məğlub olan Qurban Qurbanovun komandası 65-ci yerdə qərarlaşıb.
Ağdam klubunun hesabında 32,000 xal var. Ötən siyahıda 63-64-cü yerləri bölüşən “Qarabağ” iki pillə geriləyib. “Lion” və bunadək ağdamlılara şərik olan “Aston Villa” Azərbaycan çempionunu geridə qoyub.
“Neftçi” 8,000 xalla 181-ci yerə şərikdir. Digər klublarımız – “Zirə”, “Sabah”, “Sumqayıt” 4,000 xalla 310-cu, “Qəbələ” və “Şamaxı” 3,925 xalla 323-cü yeri bölüşənlər arasındadır.
Qeyd edək ki, siyahıya 135,000 xala malik “Mançester Siti” başçılıq edir.