Qan qrupu insult riskinə təsir edə bilər – Alimlərdən açıqlama

Qan qrupu insult riskinə təsir edə bilər – Alimlərdən açıqlama
21:58

Alimlər minlərlə insult xəstəsinin və sağlam insanın məlumatlarını araşdırıblar. Nəticələr göstərib ki, A qan qrupu olan insanlarda erkən yaşda insult riski bir qədər yüksək, O qan qrupu olanlarda isə daha aşağı ola bilər.

Bu, insanın mütləq insult keçirəcəyi anlamına gəlmir. Qan qrupu yalnız mümkün risk amillərindən biridir.

İnsult riskini artıran əsas səbəblər isə yüksək təzyiq, xolesterin, şəkərli diabet, siqaret çəkmək və az hərəkətli həyat tərzidir.

Həkimlər sağlam qidalanmağı, mütəmadi hərəkət etməyi, təzyiqi nəzarətdə saxlamağı və zərərli vərdişlərdən uzaq durmağı məsləhət görürlər.//Medicina.az


Sizin reklam burada
Sizin reklam burada