Avtobuslarda yeni ödəniş sistemi: “Nəticələri iki aydan sonra biləcəyik”

Avtobuslarda yeni ödəniş sistemi: “Nəticələri iki aydan sonra biləcəyik”
12:19

Azərbaycanda sərnişin avtobusları üçün tətbiqinə başlanılan “brutto müqavilə” modelinin ictimai nəqliyyatın keyfiyyətinə təsiri müəyyən müddət keçdikdən sonra qiymətləndirilə bilər.

News365.az xəbər verir ki, bunu  iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, yeni sistemin nəticələrini dəyərləndirmək üçün ən azı iki ay gözləmək lazımdır.

Onun sözlərinə görə, Azərbaycanda avtobus sisteminin böyük hissəsi “BakuBus”ın nəzarətindədir və şirkət dövlət müəssisəsi olduğu üçün dövlət tərəfindən maliyyələşdirilir.

Ekspert qeyd edib ki, “brutto müqavilə” modeli bir sıra ölkələrdə də tətbiq olunur. Lakin həmin ölkələrdə bu cür müqavilələri əsasən bələdiyyələr bağlayır və avtobus xidmətləri onların səlahiyyətində olur.

N.Cəfərli bildirib ki, Azərbaycanda sistemin necə işləyəcəyi və hansı nəticələr verəcəyi yalnız müəyyən müddət keçdikdən sonra məlum olacaq.

Qeyd edək ki, “brutto müqavilə” modelində daşıyıcılara sərnişin sayından asılı olmayaraq, qət etdikləri məsafəyə və xidmətin keyfiyyətinə görə ödəniş edilir./// BakuPost


Sizin reklam burada
Sizin reklam burada