İran Generalı: "Hörmüz boğazı tam nəzarətimizdədir"
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandan müavini, general-mayor Mustafa İzadi ölkənin silahlı qüvvələrinin Hörmüz boğazına tam nəzarət etdiyini və cənub sahil bölgələrinin müdafiəsi üçün döyüşə tam hazır vəziyyətdə olduğunu bildirib.
Çərşənbə çərşənbə axşamı çıxış edən general İzadi SEPAH, Ordu və Hüquq-Mühafizə Qüvvələri daxil olmaqla bütün hərbi birləşmələrin müxtəlif əməliyyat zonalarında öz tapşırıqlarını qətiyyətlə yerinə yetirdiyini diqqətə çatdırıb:
"Qüvvələrimiz cənub adalarında və digər strateji bölgələrdə tam hazır vəziyyətdə yerləşdirilib. Onlar öz missiyalarını güc və qətiyyətlə davam etdirirlər."
Hörmüz boğazındakı vəziyyətə toxunan SEPAH rəsmisi strateji su keçidinin bundan sonra da İran qüvvələrinin möhkəm nəzarəti altında qalacağını vurğulayıb.
"Qanunsuz blokadaya qarşı cavab tədbirləri görülür"
İzadi İranın qanunsuz blokadaya cavab olaraq adekvat addımlar atdığını və bu tədbirlərdən bəzilərinin artıq həyata keçirildiyini qeyd edib. O, SEPAH Aerokosmik Qüvvələrinin ABŞ hərbi gəmilərinə raket zərbəsini bu addımlardan biri kimi qiymətləndirib və qarşı tərəfin də bu insidenti etiraf etdiyini bildirib.
Daxili vəziyyəti dəyərləndirən general ölkədə Silahlı Qüvvələrə dəstək məqsədilə keçirilən ümummilli aksiyaların 200-cü gecəsinə yaxınlaşdığını xatırladıb:
"Xalqımızın qətiyyətli mövqeyi və küçələrdəki varlığı hərbçilərin cəbhədəki xidmətindən daha mühüm əhəmiyyət kəsb edir. Düşmənin daxili sabitliyi pozmaq cəhdləri məhz xalqın bu dəstəyi sayəsində boşa çıxarılıb."
News365.az