Yaşlaşdıqca əzələ itkisini necə dayandırmalı? – Təbii həll yolları

Yaşlaşdıqca əzələ itkisini necə dayandırmalı? – Təbii həll yolları
16:50

Yaş ötdükcə orqanizmdə maddələr mübadiləsi zəifləyir və əzələ kütləsinin təbii şəkildə azalması prosesi başlayır. Xüsusilə 50 yaşdan sonra fiziki gücün və aktivliyin düşməsi ilə müşahidə olunan bu vəziyyət müasir təbabətdə sarkopeniya adlanır. Lakin gündəlik rasiona edilən kiçik və doğru əlavələrlə əzələ toxumasını qorumaq və möhkəmləndirmək mümkündür.

Qəhvə əzələ itkisinin qarşısını necə alır?

Alimlərin 50 və daha yuxarı yaşda olan 10 mindən çox insan üzərində apardığı araşdırma maraqlı nəticələr ortaya çıxarıb. Məlum olub ki, müntəzəm olaraq təbii qəhvə içən şəxslərdə sarkopeniya xəstəliyinin inkişaf riski hiss olunacaq dərəcədə aşağıdır. Hətta gün ərzində qəhvə qəbul edən insanların əzələ kütləsi bu içkidən istifadə etməyənlərlə müqayisədə orta hesabla 15 faiz daha yüksək qiymətləndirilir.

Əzələ toxumasını bərpa edən və gücləndirən 6 əsas qida

Əzələ zəifləməsinin qarşısını almaq üçün tərkibi zülal və faydalı maddələrlə zəngin olan aşağıdakı qidaları gündəlik menyuya daxil etmək məsləhət görülür:

  • Yumurta: 100 qramında 12 qram zülal var. Sarısı sağlam doymamış yağlar və karotenoidlərlə zəngindir ki, bu da bədəndə lüzumsuz yağ toplanmasının qarşısını alır.

  • Toyuq filesi: 100 qramlıq porsiyası 23 qram zülal təmin edir. Eyni zamanda tərkibindəki fosfor, selen, sink və vitaminlər əzələləri qidalandırır.

  • Qızıl balıq (Somon): 100 qramında 20 qram zülal var. Zəngin Omeqa-3 yağ turşuları sayəsində əzələlərin zədələnmədən sonra bərpasını sürətləndirir.

  • Qoz-fındıq və toxumlar: Zülal baxımından ən zəngin mənbələrdəndir. 100 qram fıstıqda 26 qram, balqabaq tumunda 25 qram, günəbaxan tumunda isə 23 qram zülal mövcuddur.

  • Tam taxıl çörəyi: 100 qramında 10 qram zülal və mürəkkəb karbohidratlar var. Gün ərzində enerjini sabit saxlamağa və piy kütləsini nəzarətdə tutmağa kömək edir.

  • Tam taxıllı dənli bitkilər (Yulaf, kinoa, düyü): Həzm sistemini tənzimləməklə yanaşı, əzələ kütləsini qoruyan faydalı bitki zülalları ilə orqanizmi təmin edir.


Sizin reklam burada
Sizin reklam burada