Tehranda metro stansiyaları sığınacaq kimi hazırlanır

Tehranda metro stansiyaları sığınacaq kimi hazırlanır
23:00

İranın paytaxtı Tehranda metro stansiyalarının sığınacaq kimi hazırlanması üçün işlər aparılır.

News365.az xəbər verir ki, bu barədə Tehranın Şəhər Şurasının sədri Mehdi Çəmran məlumat verib.

Çəmran jurnalistlərə açıqlamasında sığınacaq kimi müəyyən edilən metro stansiyalarının xüsusi lövhələrlə işarələnəcəyini deyib.

Qeyd edək ki, Tehran metrosunda 7 xətt və 163 stansiya var.


Sizin reklam burada
Sizin reklam burada