Bakıda güclü yanğın SÖNDÜRÜLÜB

Bakıda güclü yanğın SÖNDÜRÜLÜB
20:40

Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən Balaxanı Sənaye Parkında “Azgreenoil” şirkətinə məxsus texniki yağ sexində yanğın hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə ilə bağlı əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polis əməkdaşları cəlb olunub.

Yanğın söndürülüb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


***

20:20

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

New365.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Sizin reklam burada
Sizin reklam burada