Dünya əhalisi artıq 8,3 milyardı keçib. Bəs planetimiz daha neçə insanı qidalandıra bilər?
Mütəxəssislər bildirirlər ki, bunun üçün konkret “son hədd” müəyyən etmək mümkün deyil. Çünki ərzaq ehtiyatları yalnız insanların sayından deyil, kənd təsərrüfatının inkişafından, su və torpaq ehtiyatlarından, iqlim dəyişikliklərindən, ərzaq israfından və mövcud resursların necə bölüşdürülməsindən asılıdır.
BMT-nin proqnozlarına görə, dünya əhalisinin 2050-ci illərdə təxminən 9,7 milyarda, 2080-ci illərdə isə 10,3 milyarda çatacağı gözlənilir.
Maraqlıdır ki, hazırda dünyada ərzaq istehsalı nəzəri olaraq daha çox insanı qidalandırmağa imkan versə də, milyonlarla insan yenə də kifayət qədər qida əldə edə bilmir.
Yəni problem təkcə “dünyada neçə nəfər yaşayır?” sualında deyil. Əsas məsələ ərzağın istehsalı, əlçatanlığı və ədalətli bölüşdürülməsidir.