Gəncə prospektində elektrik transformatoru yanıb

Gəncə prospektində elektrik transformatoru yanıb
08 Sen 2026 23:40

Bakının Xətai rayonu, Gəncə prospektində yanğın hadisəsi baş verib. 

News365.az xəbər verir ki, ilkin məlumata görə, yanğın bölgədə yerləşən transformatorda qeydə alınıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.(APA)


Sizin reklam burada
Sizin reklam burada