Sumqayıtda 5 avtomobil toqquşdu

Sumqayıtda 5 avtomobil toqquşdu
08 Sen 2026 17:40

Sumqayıtda beş minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, qəza Sülh prospektində qeydə alınıb.

Belə ki, "Changan", BMW, "Hyundai", "Chevrolet" və "Niva" markalı avtomobillər toqquşub. Nəticədə nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. (Report)


Sizin reklam burada
Sizin reklam burada