Orta əsrlər xəritəsində Albaniya və Xəzəryanı tayfaların etnik kimliyi

Orta əsrlər xəritəsində Albaniya və Xəzəryanı tayfaların etnik kimliyi
09:20
Fransa kralı II Henrinin xidmətində olan Guillaume Le Testu peşəkar kartoqraf idi.O, Fransa kralı tərəfindən rəsmi olaraq "Kralın Pilotu" titulunu almış idi. Onun 1555-ci ildə tamamlanmış "Cosmographie Universelle" (Ümumdünya Kosmoqrafiyası) əlyazmasının Qafqaza aid hissəsini sizlərə təqdim edirəm.
Burada Qafqaz Albaniyası və İberia əraziləri təsvir olunub. Le Testu bu xəritələri hazırlayarkən həm antik dövrün müəllifi Ptolemeyin məlumatlarından, həm də öz dövrünün dənizçilərinin qeydlərindən istifadə edib.
O dövrün Avropa kartoqrafları üçün Albaniya xristianlığın qədim izlərinin olduğu, lakin Səfəvilərin nəzarətində olan strateji bir bölgə idi.Xəritənin yaşıl rəngdə olması təsadüfi deyil. Le Testu bu regionu çox məhsuldar, meşəlik və su ehtiyatları ilə zəngin bir yer kimi təqdim edir:
Orta əsrlərdə artıq Qafqaz Albaniyası termini demək olar ki, az istifadə edilirdi. Le Testu kimi kartoqraflar Ptolemey ənənəsinə sadiq qaldıqları üçün klassik adlardan istifadə edirdilər. Onlar üçün bu ad regionun tarixi kimliyini və coğrafi yerini müəyyən etmək üçün ən etibarlı vasitə idi.
O, bu bölgənin insanlarını məğlubedilməz döyüşçülər, eyni zamanda da Xəzər dənizi vasitəsilə ticarət edən mahir tacirlər kimi yazır.
Le Testu öz qeydlərində və atlasın digər hissələrində bu bölgənin döyüşçülərini təsvir edərkən onları bəzən "Persans" adlandırsa da, onların döyüş üslubunu və geyimlərində olan Qızılbaş rəmzinə görə onları Türk adlandır. Yəni, Le Testu açıq şəkildə Albaniya varislərini "Tartares"və ya "Turcomans" adlandırır.
Qeyd edim ki, onun dövründə yaşamış digər fransız səyyah və diplomatlar, məsələn, Anthony Jenkinson kimi Xəzər dənizi ilə səyahət edənlər bu bölgənin əhalisinin türkcə danışdığını və "Türkman" mənşəli olduğunu qeydlərində açıq yazırdılar.
Xəritədə Xəzər dənizinin sahilində yaşayan xalqların dənizçilik və ticarətlə məşğul olan türkdilli tayfalar olduğunu Le Testu qəbul edirdi. O, bu bölgəni Xəzər dənizi vasitəsilə həyata keçirilən beynəlxalq ticarət marşrutunun mühüm hissəsi kimi əhəmiyyətini göstərib.
Albaniyanı böyük mədəniyyət qalası kimi qeyd edən müəllif yazır:
"Burada mütəşəkkil şəhər həyatı, qüdrətli hakimlər və güclü müdafiə sistemi var."
Guillaume Le Testu və dövrünün kartoqrafları, antik Albaniya tayfalarını türklərin birbaşa əcdadları hesab edirdilər. Onların təsəvvüründə bu döyüşkən "alban" tayfaları zamanla Xəzər ətrafındakı digər türk xalqları ilə qaynayıb-qarışaraq, Səfəvi imperiyasının əsasını təşkil edən qüdrətli türkman hərbi elitasına çevrilmişdilər.
Bu gün bu əlyazma Parisdəki Bibliothèque du Service historique de la Défense fondunda saxlanılır. O, coğrafiya tarixinin ən bahalı və ən nadir əlyazmalarından biridir.
Onun xəritələri təhlil olunan Frank Lestringant "Guillaume Le Testu, Cosmographie universelle (1556)", Albert Anthiaume ""Cartes marines, constructions navales, voyages de découverte chez les Normands, 1500-1650" (Paris: Dumont, 1916)" və digərləri əsas mənbələrdən sayılır.
Zaur Əliyev, tarixçi

Sizin reklam burada
Sizin reklam burada