Niyazi Mehdinin vəziyyəti ağırdır

Niyazi Mehdinin vəziyyəti ağırdır
09 Fev 2025 20:15

Xəbər verdiyimiz kimi, tanınmış filosof-kulturoloq, professor Niyazi Mehdi bir neçə gün öncə xəstəxanadan evə buraxılıb.


News365.az-ın məlumatına görə, hazırda N.Mehdinin durumu ağır olaraq qalır. Alimin ürəyində ciddi problemlər var. Eyni zamanda, şəkər xəstəliyi ilə əlaqədar bir ayağının baş barmağı kəsilib.


"Dünən xəstəxanadan çıxarıblar, axşam evinə gətiriblər. Müasir fəlsəfi fikrin ən qabaqcıl imzalarından biridir. 20-dən çox kitabı nəşr edilib, yüzlərlə elmi yazısı var. Çoxlu tələbə yetişdirib, saysız hesabsız dostlar qazanıb. Bu gün o, biçarə durumda evində oğlanlarının himayəsinə sığınıb",- N.Mehdinin dostu, naşir Şahbaz Xuduoğlu bildirib.


Qeyd edək ki, N.Mehdi 1951-ci il fevralın 26-da Bakıda anadan olub.


Sizin reklam burada
Sizin reklam burada