Məhərrəm ayın nə etmək olar, nə olmaz?- Tural İrfan yazır

Məhərrəm ayın nə etmək olar, nə olmaz?- Tural İrfan yazır
09:49
İslam dininə görə Məhərrəm ayında nə etmək lazımdır:
1. Peyğəmbər ənənənə uyğun olaraq müvafiq günlərdə iki yaxud üç gün oruc tutmaq;
2. Əvvəlki peyğəmbərlərin Məhərrəm ayında, əsasən də Aşura günündə başına gəlmiş əlamətdar hadisələrdən ibrət almaq;
3. Həmin ayda şəhid edilmiş İmam Hüseynin, yaxınlarının xatirəsini dinə, şəriətə və şəraitə uyğun şəkildə yad etmək;
4. Digərlərinin də bu hadisədən ibrət alması üçün olayın ibrətamiz yönlərini təbliğ etmək;
5. Əhli Beytin, İmam Hüseynin və şəhid olmuş səhabələrinin ruhları üçün dua etmək, onları xatırlamaq;
6. Mümkün qədər insanı axirətə yox dünyaya bağlayan əməllərdən, şənliklərdən çəkinmək, daha çox səbr və düşüncəyə üstünlük vermək;
7. Haqq-ədalətə, Vətənə, mənəvi dəyərlərə bağlılığa təşviq etmək;
8. İmam Hüseynin xatirəsini yad edərkən hissə, emosiyaya qapılıb dini dəyərlərə, qanuna, İslam hüququna xələl gətirəcək əməllərə yol verməmək;
9. İmam Hüseynin timsalında İslamın şəhadət anlayışını çatdırmaq, şəhidliyin ölməzlik, şərəf, uca məqam olduğunu obyektiv şəkildə ifadə etmək;
10. Xüsusilə bu ayda mövhumat, xurafat, digər günah işlərdən uzaq durmaq;
11. Çoxlu Quran oxumaq;
12. Ehsan vermək, şərbət paylamaq;
13. Ehtiyaclı xəstələrə, qocalara dəstək göstərmək;
14. Şərbət, su paylamaq;
15. Sədəqə verib savabını Kərbəla şəhidlərinə hədiyyə etmək...
Məhərrəm ayında nələri etmək olmaz:
1. Zəncir vurmaq;
2. Baş yarmaq yaxud digər əzalarını qanatmaq;
3. Müxtəlif yollarla cana xəsarət yetirmək;
4. Özünü döymək;
5. Ələm düzəltmək, onu gəzdirmək;
6. Ələmə, minbərə, məscid sütunlarına yaxud digər əşyalara kalağayı, parça bağlamaq;
7. Qola qara bağlamaq;
8. Məscidləri qara rəngə salmaq;
9. Gəcavə, "Qasım otağı" düzəltmək;
10. Nəzir, pul yığmaq;
11. Quran oxuyub dua etmək əvəzinə süni şəkildə insanları ağlatmaq üçün mərsiyələr, Əhli-Beytin şəninə yaraşmayan uydurma rəvayətlər söyləmək;
12. Sabun işlətməmək;
13. Çimməmək;
14. Kərbəla hadisəsini təhrif edərək onun mahiyyətini siyasi yaxud digər məcralara yönəltməyə cəhd etmək:
15. Mərasimlərin istiqamətini dini, mənəvi, ibarət alma, yad etmə hədəfindən yayındırıb hansısa ictimai prosesə dəstək yaxud baykot aksiyasına çevirmək.
16. Məscidlərdə "Yasin alveri" etmək...
Haşiyə: bu qeyd olunanlar ümumi İslam və Quran meyarına, Peyğəmbər ənənəsinə əsasəndir.
Tural İrfan, dinşünas

Sizin reklam burada
Sizin reklam burada