Məktəbli hoteldə öldü

Məktəbli hoteldə öldü
20:00

Bakıda məktəbli hoteldə dünyasını dəyişib. 

News365.az xəbər verir ki, orta məktəbin 11-ci sinif şagirdi olan 2008-ci il təvəllüdlü Elvin Zabit oğlu Aslanlının iyunun 10-u saat 18 radələrində "Novxanı Spring" hotelində olarkən halı qəfil pisləşib və o, dünyasını dəyişib.

Məktəblinin hoteldəki ölümü ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, E.Aslanlı iyunun 13-ü orta məktəbdən məzun olacaqdı.


Sizin reklam burada
Sizin reklam burada