Şagird 7 gün dərsə gəlməsə, valideyni 100 manat cərimələnə bilər?

Şagird 7 gün dərsə gəlməsə, valideyni 100 manat cərimələnə bilər?
11:58

Üzrlü səbəblər istisna olmaqla, şagirdin bir ay ərzində 7 gündən çox dərsə gəlməməsi valideyninin və ya onu əvəz edən şəxsin inzibati məsuliyyətə cəlb olunmasına səbəb ola bilər.

News365.az xəbər verir ki, Qanunvericilikdə nəzərdə tutulan bu qayda valideynlər arasında suallar doğurur:

Məsələ ilə bağlı qanunvericiliyin tələbləri, cərimənin hansı hallarda tətbiq oluna biləcəyi və valideynlərin məsuliyyətinin sərhədləri diqqət çəkir.

Qeyd edək ki, uşaqların icbari ümumi təhsildən kənarda qalmaması üçün valideynlərin üzərinə müəyyən öhdəliklər qoyulur. Bununla belə, şagirdin dərsə davamiyyətsizliyinə görə valideynin cərimələnməsi məsələsində üzrlü səbəblər və qanunvericilikdə nəzərdə tutulan şərtlər nəzərə alınmalıdır.


Sizin reklam burada
Sizin reklam burada