Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib.
News365.az xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində yaralıların olduğu bildirilir.
İlkin məlumata görə, avtobus gənc əsgərləri daşıyırmış.