Türkmənistanda keçeilən MDB sammiti zamanı Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı zarafat edib.
News365.az xəbər verir ki, hadisə dövlət başçılarının iclasdan əvvəl birgə foto çəkdirdikləri zaman baş verib. Paşinyan Lukaşenko ilə Azərbaycan Prezidenti İlham Əliyevin arasında dayanıb.
“Bizdən heç yerə qaça bilməz”, – deyə Lukaşenko Paşinyanı İlham Əliyevə göstərərək zarafat edib.
Aleksandr Lukaşenko sözləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təbəssümlə qarşılanıb.