70 yaşlı iş adamı Araz Ağalarovun 27 yaşlı həyat yoldaşı Alyona biznes qurmaq qərarından və bu yolda ərinin ona dəstəyindən danışıb.
News365.az xəbər verir ki, Alyona yeni butikinin açılışında Rusiya mediasına verdiyi müsahibədə Ağalarovun fikirlərinə önəm verdiyini, həyat yoldaşının onun əsas motivasiya mənbəyi və dəstəkçisi olduğunu bildirib.
O, Araz Ağalarovla nikahından dünyaya gələn iki övladını böyütdüyünü, gələcəkdə uşaqlar üçün ev tekstili kolleksiyası yaratmağı planlaşdırdığını qeyd edib.
“Evim və ailəm sahib olduğum ən vacib şeylərdir”, – deyə o əlavə edib.