Hitler Mussolini seçkidə qalib gəldi

Hitler Mussolini seçkidə qalib gəldi
19:40

Perunun kiçik Keropalka şəhərinin yeni meri, bələdiyyə seçkisinin nəticələrinə əsasən, Hitler Mussolini Simeon Flores adlı 45 yaşlı siyasətçi seçilib. O, seçicilərin 34.54% səsini toplayaraq, rəqibləri üzərində inamlı qələbə qazanıb.

News365.az xəbər verir ki, bu barədə "The Gateway Pundit" portalı məlumat verib.

Məlum olub ki, bu, səhnə adı və ya seçkiqabağı təxribat deyil. Belə adı ona həqiqətən də doğulanda valideynləri veriblər və bu ad onun bütün sənədlərində rəsmi şəkildə qeyd olunub. Hitler Mussolini Simeon Flores solçu "Ahora Nacion" (Hazırkı Millət) Partiyasından namizədliyini irəli sürmüşdü. Onun proqramı korrupsiya ilə mübarizəyə və Peruda universal, əlçatan səhiyyə xidmətinin tətbiqinə yönəlib.

Nəşr qeyd edir ki, bu, diktatorların adını daşıyan siyasətçilərin seçkilərə qatılması ilə bağlı ilk hal deyil. Belə ki, 2025-ci ildə Namibiyadan olan siyasətçi Adolf Hitler Uunona Ompundja dairəsində keçirilən regional seçkidə beşinci dəfə qalib gəlib. O, ənənəvi olaraq hakim Cənub-Qərbi Afrika Xalq Təşkilat Partiyası tərəfindən irəli sürülüb.

Bundan əlavə, 2024-cü ilin avqustunda Nigeriyada hökumət əleyhinə etirazların lideri, Maykl Lenin adlı şəxs saxlanılıb.


Sizin reklam burada
Sizin reklam burada