Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır – Tarix açıqlandı

Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır – Tarix açıqlandı
10:42

İçərişəhər qoruq ərazisində nəqliyyatın hərəkət sxemi yenilənir.

Bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.

İçərişəhər qoruq ərazisində nəqliyyatın hərəkətinin təşkilində dəyişikliklər ediləcək.

Dəyişikliklərə əsasən, cari ilin 15 oktyabr tarixindən etibarən Qoşa Qala meydanında nəqliyyat vasitələrinin hərəkəti tamamilə qadağan ediləcək və ərazi piyadaların istifadəsinə veriləcək. Eyni zamanda, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzindən Böyük Qala küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq, həmin istiqamətdə hərəkət M.Ə.Sabir küçəsinə yönləndiriləcək. M.Ə.Sabir küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri sağa — Qoşa Qala qapıları çıxışına, sola hərəkət edən nəqliyyat vasitələri isə Kiçik Qala küçəsinə istiqamətləndiriləcək.

Bundan başqa, Qoruq ərazisində yaşayan sakinlərin və onlara xidmət göstərən nəqliyyat vasitələrinin giriş-çıxışının təşkili məqsədilə Səftər Quliyev, Qüllə və Böyük Qala küçələrində yaşayan sakinlərə aid nəqliyyat vasitələrinin Neftçilər prospektindən girişi Səftər Quliyev küçəsindəki birtərəfli giriş vasitəsilə həyata keçiriləcək.

Qeyd olunan küçələrdə yaşayan sakinlərdən cari ilin 15 oktyabr tarixindən etibarən İçərişəhər qoruğu ərazisinə daxil olmaq üçün Səftər Quliyev küçəsindəki girişdən istifadə etmələri xahiş olunur.


Sizin reklam burada
Sizin reklam burada