SON DƏQİQƏ: Məktəbin tavanı uçdu- Valideynlər məktəbə çağırıldı

SON DƏQİQƏ: Məktəbin tavanı uçdu- Valideynlər məktəbə çağırıldı
17:08

Bakı şəhərinin Sabunçu rayonunda yerləşən 310 nömrəli tam orta məktəbdə tavanın uçduğu bildirilir.

News365.az-ın əldə etdiyi məlumata görə, hadisə məktəbin 6 B sinfində baş verib.

Hadisədən sonra məktəb binası boşaldılıb, valideynlər məktəbə çağırılıb.

Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə hələlik məlumat yoxdur.

Məsələ ilə bağlı əlavə məlumat əldə olunduqca xəbər yenilənəcək.

News365.az



Sizin reklam burada
Sizin reklam burada