Müasir müharibələrdə hava hücumundan müdafiə sistemlərinin imkanları nə qədər genişlənsə də, raket və dron hücumlarının qarşısını tam almaq hələ də mümkün deyil. NATO rəsmisinin son açıqlaması da alyansın bu sahədə ciddi çətinliklərlə üzləşdiyini ortaya qoyub.
News365.az "The Times" nəşrinə istinadən xəbər verir ki, NATO-nun Mərkəzi və Şərqi Avropadakı komandanı, general İnqo Gerhartz Rusiyanın raket və pilotsuz uçuş aparatlarına qarşı alyansın 100 faizlik müdafiə imkanına malik olmadığını bildirib.
Generalın sözlərinə görə, Rusiya müdafiə sənayesi böyük həcmdə silah istehsalını davam etdirir və çoxsaylı dronlarla yanaşı, müxtəlif növ raketlərin də istehsalına ciddi resurs ayırır. Bu isə NATO-nun bütün hava hücumlarını zərərsizləşdirməsini çətinləşdirir.
Gerhartz vurğulayıb ki, alyans Rusiyanın hərbi istehsal potensialını nəzərə alaraq müdafiə imkanlarını gücləndirməli və mümkün hərbi qarşıdurmaya daha ciddi hazırlaşmalıdır.
News365.az