İnsanlıq tarixinin ən qədim mexaniki ixtiralarından biri olan Arximed vintinin molekul ölçüsündə işləyən yeni versiyası yaradılıb.
News365.az xəbər verir ki, beynəlxalq alimlər qrupu elektrik cərəyanının təsiri ilə fırlanan molekulyar mühərrik hazırlayıb.
Qurğu cəmi bir molekuldan ibarətdir. Elektrik gərginliyi tətbiq edildikdə molekul fırlanmağa başlayır, elektrik qütbləri dəyişdirildikdə isə fırlanma istiqamətini əksinə çevirir.
Tədqiqatın ən maraqlı tərəfi isə molekulun fırlanmasının elektrik keçiriciliyini 100 dəfəyədək artıra bilməsidir.
Alimlər hesab edirlər ki, bu texnologiya gələcəkdə atom ölçüsündə maşınların, yeni nəsil elektron sistemlərin və nanomexanizmlərin yaradılmasında istifadə oluna bilər.