Fizika dünyasında təxminən 90 ildir qəbul edilən təsnifatı dəyişə biləcək mühüm elmi nəticə əldə olunub.
News365.az xəbər verir ki, alimlər maqnetizmin əvvəllər nəzəri olaraq irəli sürülmüş üçüncü növünün mövcudluğuna dair güclü eksperimental sübut əldə ediblər.
ABŞ-ın SLAC Milli Sürətləndirici Laboratoriyasının rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu bu yeni maqnit fazasını alternant maqnetizm (altermagnetizm) adlandırıb.
Tədqiqatçılar manqan tellurid adlı materialı xüsusi rentgen şüaları vasitəsilə araşdırıblar. Nəticələr materialın həm adi maqnitlərə, həm də əks maqnitlənmə xüsusiyyətlərinə bənzər davranış nümayiş etdirdiyini təsdiqləyib.
Alimlərin fikrincə, bu kəşf gələcəkdə daha sürətli kompüterlərin, enerjiyə qənaət edən yaddaş qurğularının və kvant texnologiyalarının hazırlanmasına kömək edə bilər.