Ermənistanla Türkiyə arasında münasibətlər... - Paşinyan

Ermənistanla Türkiyə arasında münasibətlər... - Paşinyan
13:40

Yaxın gələcəkdə Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin qurulacağına əminəm.

News365.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan III Dünya Erməni Sammitinin iştirakçılarının suallarını cavablandırarkən deyib.

İştirakçılardan biri Türkiyənin Ermənistanın ərazi bütövlüyünü tanımadığına dair fikirləri əsas gətirərək, ordunun sərhəd təhlükəsizliyini təmin etmək imkanlarını soruşub:

“Əlbəttə, Ermənistan və Türkiyə arasında hələ diplomatik münasibətlər qurulmayıb. Lakin əminəm ki, yaxın gələcəkdə bu münasibətlər qarşılıqlı ərazi bütövlüyünün, suverenliyin və sərhədlərin tanınması əsasında qurulacaq. Bunu bir reallıq kimi qəbul etməliyik. Hər halda, məndə belə bir narahatlıq və bu problemin mövcudluğunu təsdiqləyən heç bir obyektiv fakt yoxdur”.


Sizin reklam burada
Sizin reklam burada