Şirinləşdirilmiş mineral və qazlı içkilərin, eləcə də çipsinin aksizli mallar siyahısına daxil edilməsi təklif olunur.
News365.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında məlumat verib.
Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, ölkədə istehsal olunan şirinləşdirilmiş mineral və qazlı içkilərin hər litrinə 10 qəpik, çipsinin hər kiloqramına isə 1 manat aksiz vergisi tətbiq ediləcək. Şirinləşdirilmiş mineral və qazlı içkilər aksiz markası ilə markalanmalı məhsulların siyahısına da daxil ediləcək.
Nicat İmanov bildirib ki, təklifin əsas məqsədi bu məhsullara münasibətdə bir sıra ölkələrdə tətbiq olunan vergi qaydasını Azərbaycanda da tətbiq etməkdir.